Qətər İranı Körfəz ölkələrinə hücumları dayandırmağa çağırdı
Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani İranın xarici işlər naziri Abbas Əraqçı ilə telefon danışığı aparıb.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Görüş zamanı Qətər hökumət başçısı Tehranı ərəb Fars körfəzi ölkələrinə qarşı hücumları dərhal dayandırmağa çağırıb.
O bildirib ki, bölgədə davam edən gərginlik İranın “qonşularına zərər vermək və onları özlərinə aid olmayan bir müharibəyə sürükləmək” niyyətindən xəbər verir.
Telefon danışığında tərəflər regiondakı təhlükəsizlik vəziyyətini də müzakirə ediblər.
10:07 05.03.2026
Oxunuş sayı: 378