Birləşmiş Millətlər Təşkilatı-nın Qaçqınlar üzrə Agentliyi İran hakimiyyətinə istinadən bildirib ki, müharibənin ilk iki günündə təxminən 100 min nəfər Tehran şəhərini tərk edib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qurumun sözçüsü Babar Baloch qeyd edib ki, hər gün paytaxtdan 1000–2000 arasında nəqliyyat vasitəsi çıxır və əsasən ölkənin şimal istiqamətinə doğru hərəkət edir.
O əlavə edib ki, son hesabatlar münaqişə fonunda sərhədlərdən kütləvi keçidin artdığını göstərmir. Bununla belə, vəziyyətin hələ də qeyri-sabit olduğu vurğulanıb.