İranda yeni rəhbərlik üçün üç namizəd var -Tramp
ABŞ prezidenti Donald Tramp İranda yeni rəhbərlik üçün üç namizədin nəzərdən keçirildiyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Lakin Tramp adları açıqlamaqdan imtina edərək, “əvvəlcə işi başa çatdırmaq lazımdır” ifadəsini işlədib.
O, həmçinin İranın hərbi rəhbərliyinin məhv edildiyini iddia edib və bəzi nümayəndələrin ABŞ-a müraciət edərək toxunulmazlıq istədiyini söyləyib. Tramp xəbərdarlıq edib ki, əməliyyatın bütün məqsədləri yerinə yetirilənədək hücumlar davam edəcək.
ABŞ prezidenti əlavə edib ki, yeni rəhbərlik praqmatik tərəfdaş kimi çıxış edərsə, Vaşinqton İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirməyə hazırdır.
09:44 02.03.2026
Oxunuş sayı: 511