Bu gün Bakıya sulu qar yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə və gündüz 1-5° isti olacaq.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
09:07 28.02.2026
Oxunuş sayı: 640