Plastik və estetik əməliyyatlarla bağlı mühüm xəbər: Nazirlik işlərə başlayıb
Azərbaycanda plastik və estetik cərrahiyyə sahəsi son illərdə əhəmiyyətli inkişaf yolu keçib və bu xidmətlərin keyfiyyəti getdikcə yüksəlir. Səhiyyə naziri Teymur Musayev fevralın 26-da jurnalistlərə açıqlamasında bildirib ki, hazırda plastik və estetik əməliyyatları həyata keçirmək üçün 45 həkimə rəsmi icazə verilib və bu siyahının yaxın gələcəkdə genişlənməsi planlaşdırılır.
Nazir qeyd edib ki, bu addımlar vətəndaşların sağlamlığının qorunması və estetik xidmətlərin təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır. 2025-ci ilin fevralından etibarən ölkədə plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb ki, bu da vətəndaş şikayətlərinin nəzərə alınması və sahədə standartların gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Məsələ ilə bağlı həkim Şahvələd Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Nazirin bu məsələ ilə bağlı fikirlərini mən də eşitmişəm. Mövcud məlumatlara əsasən bildirilir ki, estetik və plastik cərrahların fəaliyyəti mərkəzləşdirilmiş qaydada tənzimlənəcək. Qeyd olunduğu kimi, artıq 45 nəfər estetik plastik cərrahın sertifikasiyası və lisenziyası təsdiqlənib və onların siyahısı mövcuddur. Digər məsələlərlə bağlı isə əlavə ciddi problem görünmür. Lakin bu sahədə müəyyən narazılıqların yarandığı və bəzi səhvlərə yol verildiyi də bildirilir. Təbii olaraq, Səhiyyə Nazirliyi məsələ üzərində işləyir və zəruri tədbirlər görülür".
Elmir Heydərli
16:16 27.02.2026
Oxunuş sayı: 884