Əllərin həmişə soyuq olmasının SƏBƏBİ BU İMİŞ
Əllərin üşüməsi, xüsusilə soyuq havada və ya soyuq səthə toxunduqda tez-tez rast gəlinir. Normal halda qan dövranı əlləri və ayaqları isitməyə kömək edir, lakin soyuğa uzun müddət məruz qalmaq bədənə həyati orqanları – ürək və beyin – qorumaq üçün əllərə gedən qanı azalda bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə medicina.com.tr məlumat yayıb.
Üşümə, həmçinin, dövran problemləri, stress, metabolizm pozğunluqları və bəzi xəstəliklərlə də bağlı ola bilər. Əllərin üşüməsinin əsas səbəbləri zəif qan dövranı, Raynaud fenomeni, anemiya, diyabet və sinir zədələri, hipotiroidizm, stress və narahatlıqdır. Zəif qan dövranı zamanı qan parmaklara çatmadığından əllər solğun, mavi və buz kimi soyuq olur. Raynaud fenomeni soyuğa həddindən artıq reaksiya verərək damarların daralmasına, anemiya isə oksigen çatışmazlığına səbəb olur.
Diyabet və sinir zədələri, hipotiroidizm və stress də əllərin üşüməsinə təsir göstərir.
Üşüməyə qarşı tədbirlər arasında əlləri ilıq suda saxlamaq, əlcək geyinmək, parmak və əl hərəkətləri ilə qan dövranını artırmaq, sıcak içkilər içmək, əlləri masaj etmək, yaşam və iş mühitini isti saxlamaq, stressi azaltmaq, balanslı qidalanmaq və bol maye qəbul etmək vacibdir.
Əgər əllərdə davamlı və şiddətli üşümə, rəng dəyişməsi, parmaklarda uyuşma və uzun müddət sağalmayan yaralar müşahidə olunursa, həkimə müraciət etmək tövsiyə olunur.
Fatimə Məmmədova
08:35 15.02.2026
Oxunuş sayı: 613