Bu qidalar şəkəri aşağı salır - Diabet xəstələri MÜTLƏQ OXUSUN
Türkiyənin Adana şəhərində fəaliyyət göstərən ümumi cərrahı Doç. Dr. Kuntay Kaplan diabet (şəkər xəstəliyi) ilə yaşayan şəxslər üçün vacib tövsiyələr verib.
Crossmedia.az xəbər verir ki, bu barədə professor rəsmi saytında məlumat yayıb.
Onun sözlərinə görə, şəkərin nəzarətdə saxlanılması üçün əsas amillər düzgün qidalanma, aktiv həyat tərzi və həkim tərəfindən təyin olunan müalicəyə əməl etməkdir.
Mütəxəssis bildirib ki, uzun müddət ac qalmaq diabet xəstələri üçün risklidir. Buna görə az-az, lakin tez-tez qidalanmaq, yüksək glisemik indeksli məhsullardan uzaq durmaq tövsiyə olunur. Karbohidratların azaldılması, lifli qidaların artırılması və müntəzəm fiziki hərəkət qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır.
Qeyd edək ki, yağlı balıqlar, yaşıl yarpaqlı tərəvəzlər, yumurta, qatıq, fındıq, qoz, avokado və zeytun yağı kimi məhsullar şəkərin tənzimlənməsinə kömək edir. Eyni zamanda stressdən uzaq durmaq, kifayət qədər su içmək və mütəmadi şəkər ölçümü aparmaq da vacibdir.
Mütəxəssis vurğulayıb ki, bu tövsiyələr ümumi məlumat xarakteri daşıyır və hər bir diabet xəstəsi fərdi müalicə üçün mütləq həkimə müraciət etməlidir.
Fatimə Məmmədova
06:48 14.02.2026
Oxunuş sayı: 353