İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb- Yenilənib
İsmayıllının Diyallı kəndində, istirahət mərkəzində baş verən yanğın söndürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 500kv.m olan və hazırda təmir işləri aparılan saunada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100kv.m sahədə yanıb.
Saunanın böyük hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
22:35
İsmayıllıda yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Diyallı kəndi ərazisində yerləşən istirahət mərkəzində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Yanğın söndürülüb, ətraf ərazilər alovdan mühafizə olunub. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.(AZƏRTAC)
23:00 07.02.2026
Oxunuş sayı: 341