Polad Bülbüloğlunun Qorbaçova 20 Yanvar etirazı: Ölkəmizdə qan axır…
Azərbaycanın Xalq artisti, keçmiş mədəniyyət naziri və səfir, hazırda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun 20 Yanvar faciəsi ilə bağlı SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun qarşısında etdiyi etiraz çıxışı sosial şəbəkələrdə yayılıb.
Crossmedia.az xəbər verir ki, paylaşılan videoda Polad Bülbüloğlu 20 Yanvar hadisələrini açıq şəkildə “real müharibə” adlandıraraq, həmin dövrdə ölkədə baş verən qanlı hadisələrə görə sovet rəhbərliyinin məsuliyyət daşıdığını bildirib. O, çıxışında vurğulayır ki, dinc əhaliyə qarşı güc tətbiqinə heç bir halda bəraət qazandırmaq olmaz.
Bülbüloğlu həmçinin qeyd edib ki, SSRİ Prezidentin imzaladığı fərmanlara baxmayaraq, onların icra olunmaması nəticəsində insanlar həlak olub və ölkədə qan axıdılıb. Onun sözlərinə görə, fərmanda konkret məsul şəxslər və səlahiyyət sahələri göstərilsə də, bu şəxslərdən heç biri cavabdehlik daşımır. Baş verənlərin qarşısını almaq mümkün olduğu halda, buna cəhd edilməyib.
“Başqa ölkələrdə zorakılığı pislədiyimiz halda, öz ölkəmizdə qan axır və heç kim buna mane ola bilmir. Bunun da bir həddi var”, – deyə müraciətdə vurğulanıb.
Sevinc Yarməmmədova
21:52 20.01.2026
Oxunuş sayı: 1274