CROSSMEDIA - Gürcüstanda kütləvi həbslər başladı
Xarici xəbərlər

Gürcüstanda kütləvi həbslər başladı

Oktyabrın 29-30-da Tiflisdə keçirilən etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb.

Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rustaveli prospektində aksiya iştirakçıları asayişi pozaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, pirotexniki vasitələr, şüşə butulkalar və metal əşyalar atıblar. Hadisə nəticəsində 10 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi bəyan edib ki, ictimai asayişi pozanların hərəkətləri və zorakılıq aktları ölkə qanunvericiliyinə uyğun olaraq qarşısı alınacaq.

Gültac Mehdizadə

06:05 30.11.2024

Oxunuş sayı: 6577

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR