Turkish Airlines bu gün Tehrana planlaşdırılan reysləri ləğv edib
Turkish Airlines aviaşirkəti bu gün İstanbul–Tehran marşrutu üzrə nəzərdə tutulan bütün reyslərin ləğv edildiyini açıqlayıb. Məlumata görə, aviaşirkət gün ərzində həyata keçirilməli olan beş reysi eyni anda siyahıdan çıxarıb.
Crossmedia.az xəbər verir ki, rəsmi açıqlamada qərarın səbəbləri ətraflı göstərilməsə də, ləğvlərin operativ və təhlükəsizlik xarakterli olduğu bildirilir. Hadisə xüsusilə İran istiqamətində səyahət etməyi planlaşdıran sərnişinlər arasında suallar yaradıb.
Aviaşirkət sərnişinlərə reys statusunu rəsmi sayt və mobil tətbiq üzərindən yoxlamağı, biletlərin dəyişdirilməsi və ya geri qaytarılması ilə bağlı isə müştəri xidmətləri ilə əlaqə saxlamağı tövsiyə edib.
Sevinc Yarməmmədova
12:58 09.01.2026
Oxunuş sayı: 1309