Qazaxıstanda zəlzələ baş verib
Qazaxıstanın Almatı şəhərində yerli vaxtla səhər saatlarında hiss olunan zəlzələ baş verib. Zəlzələ şəhərin müxtəlif ərazilərində hiss olunub.
Crossmedia.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bu barədə məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 06:30 radələrində qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 8 kilometr cənub-qərbdə yerləşib. Təkanların gücü 3-4 bala yaxın olub.
Qısa müddət davam edən təkan şəhərin müxtəlif rayonlarında hiss edilib. Bəzi sakinlər zəlzələdən əvvəl uğultu eşitdiklərini bildiriblər. Sosial şəbəkələrdə şəhər sakinləri silkələnən çilçıraqların görüntülərini paylaşıblar.
Zəlzələ Almatı vilayətinin bəzi yaşayış məntəqələrində, o cümlədən Qaskelen şəhərində, Boraldai və Otegen-Batır kəndlərində də hiss olunub.
Yerli vaxtla saat 09:40-da daha bir zəlzələ qeydə alınıb. Hadisə nəticəsində ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, daha əvvəl Kuril adaları sahillərində də zəlzələ baş verib. Həmin zəlzələnin maqnitudası 4,6 olub.
15:19 28.09.2026
Oxunuş sayı: 43