Ağsuda yanğın baş verib - FHN AÇIQLAMA yaydı
Ağsu rayonunun Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Bildirilib ki, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
FHN-dən əlavə məlumat veriləcəyi qeyd olunub.
Zeynəb Həsən
15:08 28.09.2026
Oxunuş sayı: 66