Simonyan: Azərbaycanın 110 kvadrat kilometri Ermənistan ərazisindədir
Ermənistan parlamentinin sədri Alen Simonyan “Sputnik Armenia”nın “ArmComedy” podkastında çıxış edərək bildirib ki, təxminən 110 kvadrat kilometr Azərbaycan ərazisi Ermənistan tərəfindən işğal olunub.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Simonyan vurğulayıb ki, bu ərazilər hələ 1990-cı illərdən Ermənistanın nəzarətindədir və dəqiq ölçünü millimetrlə müəyyən etmək mümkün deyil. O, 2025-ci ilin sentyabrında da oxşar açıqlama vermiş, lakin o zaman “fərz edək” ifadəsini istifadə etmişdi.
KİV-in sorğusuna cavab olaraq Ermənistan parlamentinin ofisindən bildirilib ki, tam məlumat təqdim etmək üçün əlavə iş aparılmasına ehtiyac var və cavab 30 gün ərzində göndəriləcək. Daha sonra jurnalistlər sərhədlərin delimitasiyası üzrə komissiyaya müraciət etmələri tövsiyə olunub.
Sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiya Simonyanın açıqlamasını şərh etməyib, yalnız 2023-cü il 14 dekabr tarixli Ermənistan hökumətinin 2154-A nömrəli qərarına istinad edib.
Nəzrin Abbas
12:30 09.01.2026
Oxunuş sayı: 1445