İran səfiri: Xəzər dənizi məsələlərini yalnız region ölkələri həll etməlidir
İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, Xəzər dənizinin təhlükəsizliyi və resurslarından istifadə yalnız sahilyanı ölkələrin iştirakı ilə həll olunmalıdır, xarici qüvvələrin müdaxiləsi olmamalıdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, Tehran və Moskva bu prinsipi dəstəkləyir və xarici işlər nazirləri görüşləri və “Xəzər beşliyi” sammitləri formatında əməkdaşlıq inkişaf etdirirlər.
12:17 09.01.2026
Oxunuş sayı: 1619