Paşinyan hər bazar kilsə ayinlərində iştirak edəcəyini açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan yaxın bazar günündən etibarən və sonrakı bütün bazar günləri müqəddəs və ölməz liturgiyalarda iştirak edəcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, yalnız işlə bağlı və ya digər qaçılmaz səbəblər istisna təşkil edəcək və bundan sonra hansı kilsədə ayində iştirak edəcəyini açıqlamayacaq.
Paşinyan Facebook paylaşımında vurğulayıb ki, Erməni Apostol Kilsəsinin (AAK) yenilənməsi gündəmini dəstəkləyənlər bütün kilsələrdə liturgiyalarda iştirak etməli və keşişlərlə xristian sevgisi çərçivəsində müzakirələr aparmalıdırlar ki, ayinlər zamanı II Qareginin (Ktriç Nersisyan) adı çəkilməsin. Baş nazirin sözlərinə görə, bu məsələ yaxın dövr üçün islahat tərəfdarlarının əsas vəzifəsi olmalıdır.
Qeyd edək ki, Paşinyan 2025-ci ilin oktyabrından etibarən demək olar ki, hər bazar günü Ermənistanın müxtəlif kilsələrində ibadətlərdə iştirak edir və həmin ayinlərdə ruhanilər II Qareginin adını çəkmirlər.
Səriyyə Tağıyeva
12:04 09.01.2026
Oxunuş sayı: 1420