Böyük Britaniya X platformasını qadağan edə bilər
Böyük Britaniya hakimiyyəti X sosial şəbəkəsinin ölkədə qadağan olunması imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Daily Telegraph”qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, buna səbəb platformada fəaliyyət göstərən Grok adlı çat-botun istifadəçilərin tələbi ilə qadınlar və uşaqlarla bağlı açıq-saçıq görüntülər yaratmasıdır. Bildirilir ki, məsələ uşaqların təhlükəsizliyi və onlayn məzmunun nəzarəti ilə bağlı ciddi narahatlıqlara yol açıb.
Səriyyə Tağıyeva
11:56 09.01.2026
Oxunuş sayı: 1400