Sankt-Peterburqun mərkəzində miqrantlara qarşı şüarlar səsləndirilib
Rusiyanın Sankt-Peterburq şəhərində tikinti işləri ilə bağlı yaranan mübahisə fonunda yerli sakinlərlə miqrantlar arasında toqquşmalar baş verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qarşıdurma zamanı kütlə tərəfindən aqressiv və ksenofob xarakterli şüarlar səsləndirilib, o cümlədən “Peterburq Bakı deyil, şəhərdən çıxın” kimi ifadələr işlədilib.
Etirazçılar iddia edirlər ki, miqrantların iştirak etdiyi tikinti şirkətləri qanunla qorunan tarixi binaları sökür. Onların sözlərinə görə, bir neçə yaşayış evinin dağıdılmasından sonra vəziyyət gərginləşərək açıq qarşıdurmaya çevrilib. Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması hələlik verilməyib.
Səriyyə Tağıyeva
11:54 09.01.2026
Oxunuş sayı: 1428