Tramp Rusiyanı ələ saldı: Gəldilər və tez də getdilər
ABŞ prezidenti Donald Tramp Amerika hərbçiləri tərəfindən ələ keçirilən Marinera neft tankerinin ətrafında yaranmış vəziyyəti istehzalı şəkildə şərh edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, hadisə zamanı bölgədə “Rusiya sualtı qayığı və esminesi” olub, lakin onlar heç bir addım atmadan ərazini tərk ediblər.
Trampın bu açıqlaması Rusiyanın vəziyyətə reaksiyasını lağa qoyması kimi qiymətləndirilib.
Səriyyə Tağıyeva
11:52 09.01.2026
Oxunuş sayı: 1424