Suriya hökuməti Hələbdə atəşkəs elan edib
Suriya Müdafiə Nazirliyi mərkəzi hökumət ordusu ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələri arasında bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra Hələbdə atəşkəs elan edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Rəsmi məlumatlara görə, üç günlük toqquşmalar zamanı ən azı 21 nəfər həlak olub, minlərlə sakin evlərini tərk etməyə məcbur olub. Dəməşq bildirib ki, kürd silahlı qruplarına Hələbin bəzi rayonlarını tərk etmək üçün bir neçə saat vaxt verilib. Kürd tərəfi isə bu açıqlamalara hələlik şərh verməyib.
Nəzrin Abbas
11:24 09.01.2026
Oxunuş sayı: 1363