Sankt-Peterburqda miqrantlarla yerli sakinlər arasında qarşıdurma
Sankt-Peterburqda yerli sakinlər və miqrantlar arasında qarşıdurma baş verib. Belə ki, hadisələr şəhərdə aparılan tikinti işləri ilə bağlı yaranıb.
Crossmedia.az xəbər verir ki , bu barədə xarici KİV məlumat verib.
Məlumata görə, protest zamanı ksenofobik və aqressiv şüarlar səslənib, o cümlədən "Bura Bakı deyil, şəhərdən çıxın" ifadəsi istifadə olunub.
Sakinlərin iddiasına görə, miqrantların iştirakı ilə fəaliyyət göstərən tikinti şirkətləri qanunla qorunan tarixi binaları sökür. Bir neçə evin dağıdılması nəticəsində mübahisə açıq qarşıdurmaya çevrilib.
Fatimə Məmmədova
18:40 08.01.2026
Oxunuş sayı: 1314