Türkiyə və İndoneziya arasında əməkdaşlıq gündəmdə olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziya Prezidenti Prabovo Subianto ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Görüş zamanı Türkiyə ilə İndoneziya arasındakı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan iki ölkənin beynəlxalq platformalarda göstərdiyi həmrəyliyin davam etdirilməsinin Türkiyə və İndoneziyaya fayda verəcəyini bildirib.
Türkiyə lideri ticarət və müdafiə sənayesi başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə addımların davam etdiriləcəyini qeyd edib.
Ərdoğan, həmçinin Subiantonu Antalyada keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.
17:22 28.09.2026
Oxunuş sayı: 37