İraq “Lukoyl”un neft yatağını milliləşdirməyə qərar verib
İraq Nazirlər Kabineti dünyanın ən böyük neft yataqlarından biri olan Qərbi Kurna-2 yatağındakı əməliyyatların milliləşdirilməsi planını təsdiqləyib.
Crossmedia.az "Reuters"ə istinadən xəbər verir ki, bu addım, ABŞ-nin rus “Lukoyl” şirkətinə tətbiq etdiyi sanksiyalar səbəbindən işin dayanmasının qarşısını almaq məqsədilə atılıb.
Bildirək ki, İraqın Basra Oil Company dövlət neft şirkəti yatağın idarəçiliyini üzərinə götürəcək.
Fatimə Məmmədova
18:18 08.01.2026
Oxunuş sayı: 1364