Türkiyə Müdafiə Nazirliyi Hələbdə PKK/YPG-yə qarşı aparılan əməliyyatla bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirlik bildirib ki, əməliyyat tamamilə Suriya Ordusu tərəfindən icra olunur və Türkiyə hadisələri yaxından izləyir.
Açıqlamada vurğulanıb ki, Suriyanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Bildirilib ki, Türkiyə Suriyanın birliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanaraq terror təşkilatlarına qarşı mübarizəni dəstəkləyir.
Nazirlik əlavə edib ki, Suriyanın rəsmi müraciəti olacağı təqdirdə, Türkiyə lazımi dəstəyi göstərməyə hazırdır.