Türkiyə: İsrailin Somalilandı tanıması beynəlxalq hüququn pozulmasıdır
Türkiyə Müdafiə Nazirliyi İsrailin Somaliland bölgəsinin müstəqilliyini tanıması ilə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazirlik bu addımı beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.
Bəyanatda vurğulanıb ki, Türkiyə Somalinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edəcək. Bildirilib ki, Somalidə sabitlik və təhlükəsizliyin təmin olunması çərçivəsində Türkiyə Silahlı Qüvvələri Əş-Şəbab terror təşkilatına qarşı mübarizədə Somali ordusuna dəstək göstərir.
Nazirlik həmçinin Somali silahlı qüvvələrinin təşkilati strukturunun, təlim sistemlərinin və hərbi infrastrukturunun inkişafına, eləcə də təhsil sahəsində dəstək və yardımın davam etdirildiyini qeyd edib.
18:06 08.01.2026
Oxunuş sayı: 1348