İran etirazları yatırmaq üçün İraqdan silahlı yaraqlılar gətirir
İranda etiraz aksiyalarının genişlənməsi fonunda hakimiyyətin ölkə daxilində təhlükəsizliyi gücləndirmək məqsədi ilə İraqdan Tehrana bağlı silahlı qruplaşmaların yaraqlılarını İrana gətirdiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xarici KİV-lərin İraqdakı mənbələrə istinadən yaydığı məlumatlara görə, “Kətaib Hizbullahı”, “Hərəkət Əl-Nücəba”, “Seyid əş-Şühəda” və “Bədr” silahlı qruplaşmalarına mənsub təxminən 800 nəfər İrana keçib.
Məlumatda qeyd olunur ki, bu yaraqlıların köçürülməsi Şələmçə, Çəzabə və Xosrəvi sərhəd-keçid məntəqələri vasitəsilə həyata keçirilir. Rəsmi sənədlərdə onların Məşhəddə yerləşən İmam Rza türbəsinin ziyarətçiləri kimi təqdim edildiyi bildirilir.
Sözügedən silahlı şəxslər əvvəlcə Əhvaz şəhərindəki "Xameneyi" hərbi bazasında toplanır, daha sonra etirazların yatırılması üçün ölkənin müxtəlif bölgələrinə göndərilir.
17:50 08.01.2026
Oxunuş sayı: 1486