ABŞ İran xalqına mesaj verdi: Azadlıq istəyinizi dəstəkləyirik
Bu gün ABŞ Dövlət Departamenti Tehranda bir küçəyə ABŞ prezidenti Donald Trampın adını verən İran vətəndaşına açıq dəstək nümayiş etdirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Departamentin farsdilli “X” hesabında paylaşdığı açıqlamada bildirilir ki, bu addım yüksək dəyərləndirilir. Açıqlamada qeyd olunub: “Tehranda bir küçəyə Prezident Trampın adını verən anonim şəxsin bu addımını təqdir edirik”.
ABŞ Dövlət Departamenti bu təşəbbüsü İran xalqının azadlıq, rifah və daha yaxşı gələcək arzularına dəstəyin simvolu kimi dəyərləndirib.
Bəyanatda vurğulanıb ki, ABŞ İran xalqının səsinə və istəklərinə hörmətlə yanaşır və onun daha böyük azadlıq, rifah və imkanlara nail olmaq üçün göstərdiyi səyləri dəstəkləməyə sadiqdir.
17:46 08.01.2026
Oxunuş sayı: 1492