ABŞ Arktikada yeni buzqıranlar tikəcək
ABŞ Sahil Mühafizəsi altı yeni Arctic Security Cutter sinifli buzqıranın tikintəsi üçün iki müqavilə imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, yeni gəmilər Arktikadakı dəniz marşrutlarını qoruyacaq, enerji və mineral resursları təmin edəcək və rəqiblərin fəaliyyətini məhdudlaşdıracaq.
Belə ki, müqavilələr Bollinger Shipyards (ABŞ) və Rauma Marine Constructions (Finlandiya) şirkətlərinə verilib. Qeyd edək ki, layihə Prezident Donald Trampın təsdiqlədiyi iri investisiyalar sayəsində mümkün olub.
Fatimə Məmmədova
17:43 08.01.2026
Oxunuş sayı: 1191