Kurtulmuşdan ABŞ-yə sərt ittiham
Türkiyə Böyük Millət Məclisi sədri Numan Kurtulmuş Venesuelada baş verən hadisələrlə bağlı ABŞ-ni sərt şəkildə ittiham edərək, bu addımların beynəlxalq normalara zidd olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsini və ölkə prezidenti Nikolas Maduronun saxlanılmasını beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.
Onun sözlərinə görə, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi və bütün dünyanın gözü qarşısında canlı yayımda müstəqil bir dövlətin rəhbərinin yatağından çıxarılaraq məhkəməyə verilməsi beynəlxalq hüququn kobud şəkildə tapdanmasıdır.
“Kadrların canlı yayımlanması ilə bir dövlət başçısının belə rəftarla saxlanılması dünyanın ən böyük dövlətlərindən biri tərəfindən cəngəllik qanununun açıq təzahürüdür. Bəşəriyyət buna qarşı vahid cəbhə ilə çıxış etməlidir”, – deyə Kurtulmuş jurnalistlərə açıqlamasında bildirib.
Zeynəb Xuduyeva
16:32 08.01.2026
Oxunuş sayı: 1148