Türkiyədə neft tankerinə hücum olub
Türkiyə sahillərində pilotsuz təyyarə daha bir neft tankerinə hücum edib.
Crossmedia.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Türkiyənin Kastamonu əyaləti sahillərində neft tankeri "Elbus" pilotsuz təyyarənin hücumuna məruz qalıb. Gəminin gövdəsinin yuxarı hissəsi zədələnib, lakin ekipaj heç bir xəsarət almayıb.
Hazırda tanker yoxlama və zərərin qiymətləndirilməsi üçün Yedəklə İnebolu limanına aparılır. Hücumun hansı şəraitdə baş verməsi araşdırılır.
16:14 08.01.2026
Oxunuş sayı: 1236