ABŞ-də süni intellekt səhvi: Polis əməkdaşı hesabatda “qurbağaya çevrildi”
ABŞ-nin Yuta ştatında yerləşən Heber City Polis İdarəsində süni intellektlə bağlı qalmaqallı hadisə qeydə alınıb. Belə ki, polis hesabatlarını avtomatik hazırlayan süni intellekt proqramı bir polis əməkdaşını rəsmi sənəddə “qurbağaya çevrilmiş” kimi göstərib.
Crossmedia.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
ABŞ-də hüquq-mühafizə orqanlarında süni intellekt texnologiyalarından istifadənin artması bu cür riskləri də gündəmə gətirir. Sözügedən hadisədən sonra Heber City Polis İdarəsi məsələ ilə bağlı ictimaiyyətə açıqlama verib.
Bildirilir ki, hadisə zamanı polis əməkdaşının bədən kamerasının görüntülərində arxa planda Disney-in 2009-cu ildə istehsal etdiyi “Şahzadə və Qurbağa” adlı animasiya filmi səslənib. Süni intellekt proqramı bu səsləri səhv interpretasiya edərək hesabatda yanlış ifadələrə yol verib.
Polis idarəsinin çavuşu Rik Kil qeyd edib ki, baş verənlər süni intellekt vasitəsilə hazırlanan hesabatların mütləq insan nəzarətindən keçirilməsinin vacibliyini bir daha ortaya qoyur.
Fatimə Məmmədova
22:20 05.01.2026
Oxunuş sayı: 2926