Azərbaycan Basketbol Liqasında "Gəncə" "Neftçi"yə qalib gəlib
Azərbaycan Basketbol Liqasında VIII turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, A qrupunda yer alan kollektivlərin duelində "Gəncə" "Neftçi"yə 80:73 hesabı ilə qalib gəlib.
Görüş "Sərhədçi" İdman Mərkəzində baş tutub.
Qeyd edək ki, turun açılış qarşılaşmasında "Ordu" "Sərhədçi"ni (100:64) məğlub edib.
23:05 03.12.2025
Oxunuş sayı: 1128