Qurban Qurbanov: "Görünən odur ki, "Karvan-Yevlax" "Qarabağ"ı yaxşı təhlil edib"
"Karvan-Yevlax" komandası "Qarabağ"ı yaxşı təhlil edib.
Crossmedia.az xəbər verir ki, bunu "Qarabağ"ın məşqçisi Qurban Qurbanov "Karvan-Yevlax"a qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında bildirib.
"Futbolçularımı qələbəyə görə təbrik edirəm. Həqiqətən intizamlı oyun nümayiş etdirdik. Bu cür qarşılaşmalarda səbir nümayiş etdirmək lazımdır. Bu rəqibə qarşı 4 gün əvvəl də mübarizə aparmışdıq. Görünən odur ki, "Karvan-Yevlax" bizi yaxşı təhlil edib. 80 dəqiqə onların qapısına qol vura bilmədik. İmkanlarımız var idi, dəqiqlik çatmadı. Belə oyunlar bəzən futbolçular üçün böyük fayda verir. Rəqib səni yaxşı tanıyır və oynamaq imkanı vermir. Azarkeşlərimizə təşəkkür edirəm. "Karvan-Yevlax"a və Füzili Məmmədova uğurlar arzulayıram"
Qeyd edək ki, "Qarabağ" - "Karvan-Yevlax" oyunu "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə bitib. Ağdam kollektivi 1/4 finalda "Şamaxı" ilə üz-üzə gələcək.
21:57 03.12.2025
Oxunuş sayı: 1443