Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını bir ildə 20 %-dən çox artıb
Bu ilin yanvar-oktyabr aylarında Mərkəzi Asiya ölkələrindən Azərbaycana 183 208 turist gəlib.
Azərbaycan Dövlət Turizm Agentliyindən Crossmedia.az-a verilən məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisindən (149 703 nəfər) 22,4 % çoxdur.
Qazaxıstandan 87 804 (illik artım 19,4 %), Özbəkistandan 50 971 (+35,8 %), Türkmənistandan 26 887 (-1,3 %), Qırğızıstandan 9 422 (+37,3 %), Tacikistandan 8 124 (+80,2 %) turist gəlib.
Bildirilib ki, oktyabr ayında Azərbaycana səfər edən əcnəbilərin sayına görə TOP-10 ölkə arasında Qazaxıstan altıncı (9 677 nəfər), Özbəkistan isə onuncu yerdə (6 481) qərarlaşıb.
Cari ilin 10 ayı ərzində Azərbaycana 2,171 milyon əcnəbi səfər edib ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisindən (2,209 milyon) 1,7 % azdır.
2024-cü ildə Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını 34,13 % artaraq 180 528 nəfərə çatıb: Qazaxıstandan 86 304 (+48,62 %), Özbəkistandan 46 396 (+16,98 %), Türkmənistandan 33 020 (+26,93 %), Qırğızıstandan 8 715 (+49,51 %), Tacikistandan isə 6 093 (+21,62 %) turist gəlib.
Ümumilikdə 2017-2024-cü illərdə Mərkəzi Asiya ölkələrindən Azərbaycana 726 258 nəfər səfər edib. Qazaxıstandan 331 428, Özbəkistandan 182 310, Türkmənistandan 178 236, Qırğızıstandan 30 011, Tacikistandan 24 246 turist gəlib.
19:56 03.12.2025
Oxunuş sayı: 599