Pentaqon rəhbəri hərbi cinayətdə ittiham olunur
The Washington Post yazır ki, ABŞ müdafiə naziri Pit Hegset hərbi cinayətdə ittiham edilir.
Crossmedia.az xəbər verir ki, nəşrin iddiasına görə, Hegset narkotik daşımaqda şübhəli bilinən bir gəminin bütün heyətinin məhv edilməsi barədə şifahi göstəriş verib.
Məlumata əsasən, hadisə zamanı iki nəfərin sağ qaldığı müəyyən edildikdə, xüsusi əməliyyat qüvvələrinin komandanı admiral Frenk Bredli onların da vurulması üçün təkrar zərbə endirilməsi əmrini verib. Bu addım beynəlxalq humanitar hüququn pozulması və hərbi cinayət kimi qiymətləndirilir.
Ağ Ev isə ittihamlar fonunda Hegseti bu qərarla əlaqələndirməməyə çalışır.
21:27 03.12.2025
Oxunuş sayı: 1225