Rusiyanın bu ilki irəliləməsi ötən ilə nisbətən sürətlidir – 4562 kvadrat kilometr ərazi işğal edilib
Rusiya qoşunları 2025-ci ildə 4562 kvadrat kilometr ərazini işğal edib. 2024-cü ildə isə bu rəqəm 3734 kvadrat kilometr olub. Noyabr ayında Rusiya qüvvələri ilin ən böyük nailiyyətlərindən bəzilərinə imza atıb: son 30 gündə 690 kvadrat kilometr əraziyə nəzarəti ələ keçiriblər.
Crossmedia.az "The Economist"-ə istinadən xəbər verir ki, Ukraynanın şərqi bölgələrini – Xerson, Zaporojye, Donetsk və Luqanskı tam nəzarətdə saxlamaq üçün Rusiyanın əlavə 20345 kvadrat kilometr ərazi ələ keçirməsi lazımdır.
Məlumata görə, Pokrovskın yaxınlarda ələ keçirilməsi daha böyük hücumlar üçün tramplin rolunu oynaya bilər. Rusiya dronlardan istifadədə üstünlük qazanır ki, bu da cəbhə xəttinin arxasında daha effektiv zərbələr endirməyə imkan verir. Analitiklər bildirir ki, cəbhədə vəziyyət Rusiyanın lehinə sürətlə dəyişir.
22:35 03.12.2025
Oxunuş sayı: 1358