Paşinyan: Keçmiş rəhbərlər artıq rəqib deyil
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Robert Koçaryan və Serj Sərkisyan uzun müddətdir onun siyasi rəqibləri deyillər və keçmiş hakimiyyətlərin müzakirəsi artıq mənasızdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin sual-cavab sessiyası zamanı danışıb. Onun sözlərinə görə, keçmiş rəhbərlər, o cümlədən Qarabağla bağlı bütün zəruri məlumatlar artıq təqdim edilib və əlavə müzakirəyə ehtiyac yoxdur.
Paşinyan vurğulayıb ki, əgər əvvəllər müxalifət siyasi rəqib hesab edilirdisə, indi onun Ermənistanın siyasi həyatında rolu minimaldır. “Mənim fikrimcə, onlar uzun müddətdir rəqib deyillər”, – deyə baş nazir əlavə edib.
22:44 03.12.2025
Oxunuş sayı: 1295