Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının V turu "DH Volley"in qələbəsi ilə başlayıb
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tura start verilib.
Crossmedia.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
"DH Volley" və "Gənclər" kollektivlərinin duelində birincilər 3:0 hesablı qələbəyə seviniblər.
Matç Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.
20:35 03.12.2025
Oxunuş sayı: 494