Rusiya ABŞ-ə Arktikada enerji və nadir torpaq mineralları təklif edib
Moskva danışıqlarında nadir torpaq mineralları, qaz hasilatı və “Şimal axını” boru kəmərinin bərpası məsələləri müzakirə olunub. Mənbələr bildirirlər ki, Rusiya oliqarxları ABŞ şirkətlərinə Oxot dənizində və əlavə dörd regionda qaz hasilatı üçün güzəştlər təklif ediblər.
Crossmedia.az "WSJ"-ə istinadən xəbər verir ki, həmçinin Sibir Arktikasının dərinliklərində, Norilsk ətrafındakı nikel yataqları və altı işlənməmiş sahədə nadir torpaq metalları hasil etmək imkanları gündəmə gətirilib. Rusiya tərəfi bu layihələri Amerika şirkətlərinə verməyə hazır olduğunu bildirib.
Amerika tərəfi təklif olunan layihələrə müsbət yanaşıb. Bu addım Arktikada və Sibirdə enerji və mineralların hasilatı sahəsində iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirə bilər.
22:16 03.12.2025
Oxunuş sayı: 1154