Ürək xəstəliklərinin risk faktorları nələrdir və bunları necə azaltmaq olar? - Həkim açıqladı
Ürək-damar xəstəliklərinin yaranmasına təsir edən bir çox risk faktoru mövcuddur.
Bunu Crossmedia.az-a geniş müsahibəsində tanınmış kardioloq Ruslan Bağıyev deyib.
"Bunlara yüksək stres, gündəlik həyatda artan psixoloji və fiziki yüklənmələr, qeyri-sağlam qidalanma, xolesterinlə zəngin yağlı və duzlu qidaların həddindən artıq qəbulu, fiziki aktivliyin azalması, zərərli vərdişlər, xüsusilə tütün məhsulları və energetik içkilərin nizamsız istifadəsi daxildir. Bu riskləri azaltmaq üçün balanslı qidalanma, zərərli vərdişlərin tərgidilməsi, stressin idarə edilməsi, mütəmadi fiziki aktivlik və ildə ən azı bir dəfə həkim müayinəsi mütləqdir", - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/56444
Elmir Heydərli
13:17 26.11.2025
Oxunuş sayı: 915