Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü qeyd edilir.
Crossmedia.az xəbər verir ki, tədbir çərçivəsində tamaşalar, sərgilər, təsviri sənət üzrə ustad dərsləri, geniş konsert proqramı və atəşfəşanlıq nümayiş olunacaq.
Qeyd edilir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində hərbi və siyasi müstəvilərdə əldə olunan qələbələr nəticəsində 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu işğaldan azad edilib. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
12:10 25.11.2025
Oxunuş sayı: 1463