Yeni il tətilinin vaxtı açıqlandı
31 Dekabr - dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədər ölkədə bir həftəlik tətil olacaq.
Crossmedia.az xəbər verir ki, 2025-ci ilin 29, 30, 31 dekabr və 2026-cı ilin 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günləri olacaq.
Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci ilin 29 və 30 dekabr iş günləri 27 və 28 dekabr şənbə-bazar günlərinin yerləri dəyişdiriləcək.
Beləliklə, 29 dekabr 2025-ci ildən 5 yanvar 2026-cı ilədək ölkədə bayram tətili olacaq.
13:33 19.11.2025
Oxunuş sayı: 1947