Onkoloji xəstələr üçün ayrılan vəsait artırıla bilər: Həkim təklifi alqışladı
Azərbaycanın səhiyyə sistemində vacib məsələ yenidən gündəmə gəlib — Milli Məclisdə onkoloji xəstələrin dərman təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılması təklif olunub. Komitə sədri Əhliman Əmiraslanovun sözlərinə görə, hazırda mövcud maliyyə dəstəyi xəstələrin adekvat müalicəsi və bahalı dərmanların ölkəyə gətirilməsi üçün kifayət etmir. Deputat həmçinin bölgələrdə ilkin səhiyyə xidmətlərinin vəziyyətinə və icbari tibbi sığortadan gözləntilərin hələ də tam qarşılanmamasına da diqqət çəkib.
Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov səsləndirilən fikirlər barədə Crossmedia.az-a açıqlamasında deyib ki, son zamanlar onkoloji xəstəliklər çox sürətlə yayılır: “İlk sırada ürək və qan-damar xəstəlikləri, ikinci sırada isə onkoloji xəstəliklər yer alır. İcbari tibbi sığorta məsələsinə onkoloji xəstələrdə daxil edilsə, çox gözəl olar. Hərçənd ilk illərdə icbari tibbi sığorta məsələsi ortaya qoyulduqda, heç bir müayənə metodu buna daxil deyildir. Amma artıq bir-iki ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkən pasiyentlərimiz üçün həm endoskopik müayinə, həm kampuz-entomografiya müayinəsi, həm MRT müayinə artıq bunlara daxil edilmişdir”.

Pasiyentlərimiz üçün bu vəsait nə qədər artırılsa o qədər çox sevinərik. “Yəni, artıq bunların da müalicə məsələsi, digər məsələlər sığorta sisteminə daxil edilər. Təbiidir ki, ilk növbədə ölkədə onkoloji xəstələr hesablanmalıdır. Ona uyğun olaraq da vəsait ayrılmalı və tətbiq olunmalıdır”.
Zeynəb Xuduyeva
23:08 06.11.2025
Oxunuş sayı: 1382