Son zamanlar artıq onkoloji xəstəlik çox sürətlə yayılmağa başlayıb - Doktor
Azərbaycanın səhiyyə sistemində vacib məsələ yenidən gündəmə gəlib — Milli Məclisdə onkoloji xəstələrin dərman təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılması təklif olunub. Komitə sədri Əhliman Əmiraslanovun sözlərinə görə, hazırda mövcud maliyyə dəstəyi xəstələrin adekvat müalicəsi və bahalı dərmanların ölkəyə gətirilməsi üçün kifayət etmir. Deputat həmçinin bölgələrdə ilkin səhiyyə xidmətlərinin vəziyyətinə və icbari tibbi sığortadan gözləntilərin hələ də tam qarşılanmamasına da diqqət çəkib.
Mövzu ilə bağlı Tibb üzrə fəlsəfə doktoru, həkim-Onkoloq Fərid Museyibov Crossmedia.az-a açıqlama verib: “Öncəliklə onu söyləyim ki, son zamanlar artıq onkoloji xəstəlik çox sürətlə yayılmağa başlamışdır. İlk sırada ürək və qan-damar xəstəlikləri, ikinci sırada isə onkoloji xəstəliklər yer alır. Məlum məsələdir ki, burada da büdcədən ayrılan vəsaitə, icbari tibbi sığorta məsələsinə də, onkoloji xəstələrdə daxil edilsə, çox gözəl olar. Amma ilk illərdə biz bilirik ki, icbari tibbi sığorta məsələsi ortaya qoyulduqda, heç bir müayənə metodu buna daxil deyildir. Amma artıq bir-iki ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkən pasiyentlərimiz üçün həm endoskopik müayinə, həm kampuz-entomografiya müayinəsi, həm MRT müayinə artıq bunlara daxil edilmişdir”.
Ekspert bildirib ki, biz də çox sevinərik ki, bizim pasiyentlərimiz üçün də bu vəsait nə qədər artırılsa, onkoloji xəstəlikdən əziyyət çəkən insanlarımız üçün də bu əlverişli olar: “Yəni, artıq bunların da müalicə məsələsi, digər məsələlər də artıq sığorta sisteminə daxil edilər. Təbiidir ki, burada da müəyyən hesablamalar aparılmalıdır ki, ölkə ərazisində nə qədər onkoloji xəstəlikdən əziyyət çəkən insanlarımız var. Ona uyğun olaraq da bu vəsait ayrılmalı və tətbiq olunmalıdır”.
Zeynəb Xuduyeva
17:30 06.11.2025
Oxunuş sayı: 1874