Yeni xəstəlik yayılır: Həkimdən SOS siqnalı

Azərbaycanda dabaq xəstəliyi sürətlə yayılmaqdadır. Azərbaycan Qida Təhlükəsizliyindən verilən məlumata görə ölkə ərazisində oktyabrın 25-dən fəaliyyəti məhdudlaşdırılacaq heyvan bazarlarında zəruri infrastruktur təmin edildikdən sonra fəaliyyətləri bərpa olunacaq. Səhiyyə Nazirliyindən isə bildirilib ki, ölkədə dabaq xəstəliyinə yoluxma faktı hələ ki yoxdur.
Buna baxmayaraq, vəziyyət kritikdir. Hər halda SOS siqnalı vermək üçün daha çox gözləməyə ehtiyac yoxdur.
Məsələ burasındadır ki, Dabak xəstəliyi əsasən iri və xırdabuynuzlu heyvanlarda rast gəlinən çox yoluxucu virus mənşəli xəstəlikdir. Bu xəstəlik heyvanlar arasında sürətlə yayılaraq təsərrüfatlara ciddi iqtisadi zərər vurur. Mütəxəssislərin sözlərinə görə, virus həm xəstə heyvanlardan, həm də onların ifrazatlarından tüpürcək, süd, nəcis vasitəsilə ətrafa asanlıqla yayılır. Xəstəliyin əsas yoluxma yollarına birbaşa təmas, hava-damcı ötürülməsi, çirkli su, yem və otlaq sahələri daxildir. Eyni zamanda, xam süd, bişirilməmiş ət və digər heyvan mənşəli məhsullar da yoluxma riski daşıyır. Deməli, artıq özümüzü həm də qidalardan qorumalı və qidalanmamıza ikiqat diqqətlə yanaşmalıyıq.
Onun sözlərinə görə, dabak xəstəliyi əsasən iri və xırdabuynuzlu heyvanlarda rast gəlinən çox yoluxucu virus mənşəli xəstəlikdir: "Xəstəlik həm heyvanlar, həm də onların ifrazatları tüpürcək, süd, nəcis vasitəsilə asanlıqla ətrafa yayılır. Dabağın əsas yayılma yolu heyvanlarla birbaşa təmas, hava-damcı yolu, çirkli yem, su və otlaq sahələrində qidalanan heyvanların məhsulları ilə baş verir.İnsanlar isə xam süd, ət və digər heyvan məhsulları vasitəsilə yoluxa bilirlər".
Tibb üzrə fəlsəfə doktoru qeyd edib ki, xəstəlik əsasən heyvanlar arasında daha geniş yayılıb: “Dabağın inkubasiya dövrü 5–7 gündür. Çox nadir hallarda bu xəstəlik insanlara keçə bilər. Bu zaman xəstəliyə zoonoz xarakterli infeksiya kimi baxılır. Lakin insanlara yoluxma halları çox az müşahidə olunur və adətən virusun heyvandan insana birbaşa təmas nəticəsində baş verir".
F.Musəyibov, xəstəliyin əsas əlamətlərindn də danışıb: "Qızdırma, halsızlıq, ağız içində yaralar, boğaz ağrısı, heyvanlarda isə ayaqlarda qabarcıqların əmələ gəlməsi dabağın əsas simptomlarıdır. Dabağın yayılmasının qarşısını almaq üçün bir sıra profilaktik tədbirlər görülməlidir ki, xəstəlik heyvanlar arasında daha çox yayılmasın. İnsanlar heyvan məhsulları alarkən, xüsusilə ət və südün tam bişdiyindən əmin olmalıdırlar".
Fatimə Hacıəliyeva
13:01 23.10.2025
Oxunuş sayı: 1481