Yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər ANAMA əməkdaşının son durumu açıqlanıb - SORĞU

Səhər saat 05:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər ANAMA əməkdaşının son durumu açıqlanıb.
Bu barədə Crossmedia.az-ın sorğusuna Tibbi Ərazi Bölmələri üzrə Ərazi Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“13.10.2025-ci il tarixdə saat 05:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
2 nəfərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
1996-cı il təvəllüdlü şəxs aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:30-da ölüm faktı qeydə alınıb”.
16:11 13.10.2025
Oxunuş sayı: 1946
