Uşaqlarda artan aqressiyanın əsas səbəbləri açıqlanıb

Uşaqlarda artan aqressiyanın əsas səbəbləri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə uşaq və yeniyetmə psixoloqu Aysu Həsənova Crossmedia.az-a geniş müsahibəsində deyib.
"İlk səbəb budur ki, uşağın hələ duyğunu ifadə etmə bacarığı yetişkinlərdəki kimi inkişaf etməyib. Bu zaman onda narazılıq, qəzəb davranışlarına yaranır. Məsələn: yoldaşlarını vurmaq, kimisə itələmək, əşyalarını sındırmaq, valdeynə qışqırmaq və s. Özümüzü onun yerinə qoyaq. Məsələn: su istəyirik, bu istəyimizi söz bazamız olmadığı üçün deyə bilmirik. Su istədiyimiz halda yemək və ya oyuncaq gətirilir. Uşaqda da bu situasiya olduğu, artıq tam şəkildə ifadə edə bilmədiyi üçün onda qəzəb yaranır. İkinci fakt isə bioloji faktorlardır. Yəni, doğuşdan bəri bizimlə gələn genetik xüsusiyyətlər. Bəzi uşaqlar olur ki, doğuşdan stressə daha həssasdır, bəzilərinin aktivlik səviyyəsi daha yuxarıdır və ya daha aşağıdır".
O, əlavə edib ki, bəzi uşaqlar içinə daha qapanıqdır: "Digər faktor isə sosial çevrədir. İlk nümunə olaraq ailəni göstərə bilərik. Ailədə stress, valideynlər arasında münaqişələr, boşanma, zorakılıq və s. hallar isə uşaqda gərginliyi artırır. Çünki, belə bir çevrədə uşağın sinirləri daim gərgindir. Bəzi uşaqlarda ən adi hallarda belə bu stress oyana bilər. Müəllimin məktəbdə uşaqları sərt şəkildə tənqidi, həddən artıq tələbkar olması və ya telefon, planşet istifadəsinə qoyulan limitlər, tələbkarlıqla qanunları yetinə yetirmə istəyi halları uşaqda aqressiyaya gətirib çıxara bilər. Həmçinin onları televiziyada, sosial mediada gördüyü zorakılıq səhnələri də uşağın davranışına təsir edə bilər".
Sevinc Yarməmmədova
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/48833
12:47 07.10.2025
Oxunuş sayı: 857