Azərbaycan və Tunis antidopinq sahəsində birgə əməkdaşlıq imkanlarını araşdırır

Azərbaycan və Tunis antidopinq sahəsində birgə əməkdaşlıq imkanlarını araşdırır
Bu barədə Crossmedia.az-a Azərbaycan Milli Antidopinq Agentliyindən məlumat verilib.
AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadənin başçılıq etdiyi nümayəndə heyəti səfərdə Tunis Milli Antidopinq Agentliyinin (ANAD) baş direktoru Mondher Qabuj ilə səmərəli görüş keçirib.
Toplantı zamanı iki qurum arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub, təhsil ilə elm əsas prioritet sahələr kimi ön plana çıxarılıb. Tərəflər idmançılar və onların köməkçi heyəti üçün təlim və potensialın artırılması proqramlarının təşkili, eləcə də birgə maarifləndirici seminar və təlimlərin keçirilməsi kimi fikirlər ətrafında müzakirə aparıblar.
Hər iki tərəf qeyd edib ki, müzakirə olunan məsələlərin konkret təşəbbüslərə çevrilməsi üçün əlavə məsləhətləşmələrə ehtiyac var. Görüş, gələcəkdə təmiz idmanın təşviqi, qarşılıqlı təcrübə mübadiləsi və elmi inkişaf baxımından əməkdaşlıq imkanlarına olan ortaq marağı əks etdirmişdir.
12:12 07.10.2025
Oxunuş sayı: 796