4SIM və AİPA Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SIM) və Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyası (AİPA) arasında Anlaşma Memorandumu imzalanıb.
Crossmedia.az xəbər verir ki, sənədə "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində imza atılıb. Memorandumu 4SİM-in İdarə Heyətinin sədri Fariz Cəfərov və AİPA-nın rəhbəri Zəfər Küçükşabanoğlu imzalayıb.
14:13 29.09.2025
Oxunuş sayı: 1090