Koronavirus qayıdır?: Ukraynadan sonra Azərbaycanda da yayıla bilər

Oktyabr ayında Ukraynada koronavirusun alovlanması proqnozlaşdırılır. Həkimlər qeyd edirlər ki, COVID-19 Ukraynada mövsümi xəstəliklərə bənzəməyə başlayır. Covid-19 bəlasının Azərbaycanda da yenidən aktivləşməsi istisna deyil.
Məlum olduğu kimi, 5-6 il əvvəl - pandemiyanın ilk illərində digər dünya ölkələri kimi, Azərbaycan da böyük sınaqlarla üzləşmişdi. Minlərlə insanın həyatına son qoyan virus ölkənin səhiyyə sistemini gərginlikdə saxlamışdı. İnsanlar bir - biri ilə görüşməkdən də qorxurdular. Tibbi maska, spirt gündəlik həyatımızın bir parçasına çevrilmişdiu.
İndi isə ölkədə koronavirus infeksiyasının yenidən yayılma ehtimalı narahatlıq doğurur.
Azərbaycanda da nə vaxtsa koronavirus və ya başqa buna bənzər bir pandemiyanın yayılması mümkündürmü? Bu barədə həkim, tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov Crossmedia.az-a açıqlamasında deyib: "Koronavirus qripin bir növüdür. Odur ki, fəsildən asılı olmayaraq yayıla bilər. Yaydan qışa keçəndə, havalar soyuyanda immunitet zəifləyir. Beləliklə, təkcə koronavirus yox, bütün xəstəliklər baş qaldırır".
Müsahibimiz bildirib ki, koronavirusun yenidən yayılıb - yayılmayacağını dəqiq demək çətindir: "Bunu zaman göstərəcək".
Gülbəniz Bayramova
15:41 25.09.2025
Oxunuş sayı: 1954